Səudiyyə Ərəbistanı heyəti WUF13 üçün Azərbaycandadır: Baş nazirin müavini ilə görüş keçirilib
16 May 2026 15:15   Paylaş

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb.

"Stabil.az" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, mayın 16-da Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə Hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasında iştirak üçün Bakıya gəlmiş Səudiyyə Ərəbistanının nümayəndə heyətinin rəhbəri, bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.

Görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının Forumda iştirakından məmnunluq ifadə olunub.

İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Müasir şəhərsalmaya dair məsələlər, həmçinin Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol