Sərhəddə irimiqyaslı əməliyyat: 38 kiloqramdan çox narkotik və minlərlə həb ələ keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində DSX və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
"Stabil.az" xəbər verir ki, bu barədə DSX-nin və DİN-in birgə məlumatında bildirilib.
Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





