Sergey Koretski Ukraynanın yeni Baş naziri təyin edilib
16 İyul 2026 15:14   Paylaş

Sergey Koretski Ukraynanın yeni Baş naziri olub.

"Stabil.az" xəbər verir ki, Ali Rada (parlament) iyulun 16-da onun namizədliyini dəstəkləyib.

Koretskinin Baş nazir təyin olunmasını parlamentin 289 üzvü dəstəkləyib.

Bu həftə Ali Rada Nazirlər Kabinetinin yenilənməsi prosesinə başlayıb. Çərşənbə axşamı, iyulun 14-də parlament Baş nazir Yuliya Sviridenkonu istefaya göndərib. Müvafiq olaraq, onun bütün hökuməti də istefa verib.

Qeyd etmək lazımdır ki, Sergey Koretski 2025-ci ildən bəri “Naftoqaz Ukrayna” şirkətinə rəhbərlik edən ukraynalı menecerdir. Bundan əvvəl o, özəl biznes və enerji şirkətlərinin dövlət idarəçiliyində əhəmiyyətli təcrübə qazanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol