Serbiya səfiri Monteneqro XİN-ə çağırılıb
Serbiya səfiri Neboyşa Rodiç Monteneqronun Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Stabil.az” xəbər verir ki, bu barədə Monteneqro XİN-in rəsmi “X” sosial şəbəkəsi hesabında paylaşım edilib.
Nazirlik diplomata sosial şəbəkələrdə Serbiya dilinin Monteneqrodakı hüquqi statusu ilə bağlı paylaşımla əlaqədar narazılıq ifadə edib. Söhbət Serbiya hökumətinin İctimai və Mədəni Diplomatiya İdarəsinin rəsmi hesabında yerləşdirilən şərhlərdən gedir. Nazirlik bildirib ki, həmin şərhlər kobud və qəbuledilməzdir.
Qeyd olunur ki, serb dilinin statusu 2006-cı ildə Monteneqronun müstəqillik əldə etməsindən bəri iki ölkə arasında həssas mövzu olaraq qalır. Serb dili Monteneqroda rəsmi statusa malik olsa da, dil məsələsi mütəmadi olaraq siyasi mübahisələrə səbəb olur və Monteneqro hökuməti xarici qurumların bu mövzuda ictimai bəyanatlarını daxili işlərə müdaxilə kimi qiymətləndirir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





