Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir
18 Sentyabr 2026 15:57   Paylaş

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir.

"Stabil.az" bu barədə Serbiya mediasına istinadən məlumat verib.

O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir.

A.Vuçiç sosial şəbəkə hesabında paylaşımında bildirib ki, sözügedən təşəbbüs geniş Karpat regionu ölkələrinin iqtisadi, nəqliyyat və infrastruktur baxımından əlaqələndirilməsini hədəfləyən mühüm layihədir:

"Bütün bunları vətəndaşlarımız, Serbiyada sabitliyi və sülhü daha da təmin etmək naminə edirəm".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol