SEPAH Tel-Əviv və ABŞ bazalarına zərbələr endirdiyini açıqladı
12 Mart 2026 20:00   13 Mar 2026 01:18 Paylaş

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək Vəd 4" əməliyyatının 42-ci dalğasında Təl-Əvivin mərkəzi və ABŞ-nin bazalarını hədəf alıb.

"Stabil.az" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Qeyd olunub ki, hücumlarda "İmad", "Qədr", "Xeybərşikən" və "Fəttah" raketləri, həmçinin pilotsuz uçuş aparatları ilə Təl-Əvivin mərkəzi və ABŞ ordusunun bazaları hədəf alınıb.

"Gerçək Vəd 4" əməliyyatının "Ləbbeyk Ya Xamenei" kodlu 42-ci dalğası Ramazan müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub" , - məlumatda bildirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol