SEPAH: Son 24 saatda Hörmüz boğazından 35 gəmi keçib
Son 24 saat ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində Hörmüz boğazından azı 35 ticarət gəmisi keçib.
"Stabil.az" xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb. “Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin koordinasiyası və təhlükəsizliyi altında neft tankerləri, konteyner gəmiləri də daxil olmaqla 35 gəmi Hörmüz boğazından keçib”, - deyə açıqlamada bildirilir. Qeyd edilir ki, İran Silahlı Qüvvələri Körfəzdəki gərginliyə baxmayaraq, gəmiçilik və qlobal ticarət üçün təhlükəsiz dəniz yolu yaradıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





