SEPAH “Sadiq 4” əməliyyatı çərçivəsində ABŞ bazalarına hücum edib
26 Mart 2026 17:16   Paylaş

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Sadiq 4” əməliyyatının 82-ci dalğasında ABŞ-nin regiondakı bazalarına hücum həyata keçirib.

"Stabil.az" xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən "Tasnim" məlumat yayıb.

Məlumata görə, zərbələr ABŞ-nin Arifcan (Küveyt) və Əl-Xarcdakı (Səudiyyə Ərəbistanı) bazalarının əvvəlcədən müəyyən edilmiş hədəflərinə, eləcə də regiondakı bir sıra digər obyektlərə yönəldilib.

Həmçinin iddia edilib ki, əməliyyat zamanı Şeyx-İsadakı (Bəhreynin cənubu, Fars körfəzi sahili) "Patriot" radarı, P8 kəşfiyyat təyyarələri üçün anqar, ABŞ-nin dəstək yanacaq anbarları, MQ-9 pilotsuz uçuş aparatları üçün anqar və "Əli əl-Salem" aviabazasındakı (Küveyt) peyk rabitəsi antenası vurulub.

SEPAH-dan bildirilib ki, hücumun təfərrüatlarını sonra açıqlanacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol