SEPAH: İranda 6 terrorçu öldürülüb
İranın cənub-şərqində 6 terrorçu öldürülüb.
"Stabil.az" xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Zahidan şəhərində terror aktı həyata keçirməyə hazırlaşan terrorçu qruplaşmanın müəyyən edilərək zərərsizləşdirildiyini açıqlayıb.
Məlumata görə, bu gün səhər keçirilən əməliyyat zamanı qruplaşmanın 6 üzvü öldürülüb.
Əməliyyat zamanı terrorçulardan bir neçə partlayıcı qurğu aşkar edilərək götürülüb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





