SEPAH İran Hərbi Dəniz Qüvvələri komandanının ölümünü təsdiqlədi
30 Mart 2026 14:15   30 Mar 2026 17:56 Paylaş

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin həlak olduğunu təsdiqləyib.

"Stabil.az" xəbər verir ki, bu barədə TASS İranın dövlət teleradio şirkətinə istinadən məlumat yayıb.

"Kontr-admiral Əlirza Təngsiri ölümcül xəsarətlər alıb", - SEPAH-ın bəyanatında deyilir.

Qeyd edək ki, martın 26-da İsrailin müdafiə naziri İsrael Kats və Pentaqonun rəhbəri Pit Heqset Təngsirinin öldürüldüyünü bildirmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol