SEPAH: İran ABŞ-nin Bəhreyn və Küveytdəki bazalarına zərbələr endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, ABŞ-nin son hücumlarına cavab olaraq Bəhreyn və Küveytdəki Amerika hərbi obyektlərinə zərbələr endirib.
"Stabil.az" “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, İran dövlət televiziyasının məlumata görə, cavab əməliyyatının ilk mərhələsində raket və pilotsuz uçuş aparatlarından istifadə edilməklə Bəhreyn və Küveytdə yerləşən ABŞ-yə məxsus 85 əsas hərbi obyekt hədəfə alınıb.
Əməliyyatda SEPAH-ın Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələri iştirak edib.
Məlumatda, həmçinin ABŞ-yə məxsus "MQ-9" tipli bir pilotsuz uçuş aparatının vurulduğu iddia olunub.
Məlumat müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





