SEPAH: Hörmüz boğazı üzərində MQ-9 PUA-sı vurulub
3 Avqust 2026 17:31   Paylaş

SEPAH-ın açıqlamasına əsasən, İranın Hava Hücumundan Müdafiə qüvvələri Hörmüz boğazı üzərində uçan MQ-9 pilotsuz uçuş aparatını vurub.

"Stabil.az" xəbər verir ki, bu barədə SEPAH-a məxsus “Sepah News” agentliyi məlumat yayıb.

Məlumatda PUA-nın hansı ölkəyə məxsus olduğu açıqlanmasa da, MQ-9 Reaper tipli aparatların əsasən ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edildiyi qeyd olunub.

SEPAH-ın məlumatına görə, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başladıqdan sonra İran 30-dan çox MQ-9 Reaper pilotsuz uçuş aparatını vurub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol