SEPAH Fars körfəzində iki tankeri saxladı, 15 nəfər həbs edildi
5 Fevral 2026 18:34   Paylaş

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində iki tankeri saxlayıb.

“Stabil.az” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, gəmilərin göyərtəsində qaçaqmalçılıq yolu ilə daşınan bir milyon litrdən artıq yanacaq aşkar edilib.

Agentliyin məlumatına görə, saxlanılan gəmilərin bütün heyət üzvləri – ümumilikdə 15 nəfər həbs edilib. Qeyd olunub ki, həbs edilənlər arasında İran vətəndaşı yoxdur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol