SEPAH Bəhreyndə "Amazon"un məlumat infrastrukturunu vurub
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus kommersiya obyektinə zərbə endirib.
"Stabil.az" xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatını yarırrəsmi Tasnim agentliyi yayıb.
Bəyanatda bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələri qanadlı raketlərlə Amazon şirkətinin mərkəzi məlumat infrastrukturunu vurub.
SEPAH iddia edib ki, hücum ABŞ-nin son günlər Darkhovin bölgəsində mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
ABŞ və Bəhreyn rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




