SEPAH: Amazonun Bəhreyndəki data mərkəzi məhv edilib
24 İyul 2026 16:12   Paylaş

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Amazon" şirkətinin Bəhreyndə yerləşən data mərkəzinin tamamilə məhv edildiyini açıqlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "Fars" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, mərkəzə endirilən ikinci zərbədir.

"ABŞ ordusu üçün məlumatların toplanmasında əsas rol oynayan "Amazon" şirkətinin data-mərkəzi binasının qalan hissəsi dağıdılıb", - məlumatda bildirilib.

İyulun 21-də SEPAH eyni məlumat mərkəzinə qanadlı raketlərlə zərbələr endirildiyini açıqlamışdı.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol