SEPAH: ABŞ və İsrailin 26 pilotsuz uçuş aparatı vurulub, biri ələ keçirilib
4 Mart 2026 12:09   Paylaş

İranın Hava Hücumundan Müdafiə Sistemləri (HHM) bir gün ərzində ABŞ və İsrailin 26 müxtəlif tipli pilotsuz uçuş aparatını məhv edib.

"Stabil.az" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin məlumatında deyilir.

"İndiyə qədər ABŞ və İsrailin ümumilikdə 26 təyyarəsi məhv edilib, daha bir təyyarə isə silahlarla birlikdə ələ keçirilib", - məlumatda qeyd olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol