SEPAH ABŞ qırıcısının pilotunun əsir götürüldüyünü təsdiqləyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vurulan ABŞ qırıcısının pilotunun əsir götürüldüyünü açıqlayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalındakı məlumatında qeyd edilib.
"ABŞ-nin İran Silahlı Qüvvələri tərəfindən vurulmuş qırıcısının pilotunu "Black Hawk" və "Hercules-130" helikopterləri vasitəsilə xilas etmək cəhdləri uğurla nəticələnməyib", - məlumatda bildirilib.
Daha əvvəl SEPAH məlumat yaymışdı ki, hava hücumundan müdafiə vasitələri 24 saat ərzində iki ABŞ qırıcısını vurub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





