SEPAH ABŞ-nin Yaxın Şərqdəki bazalarına zərbələr endirib
20 İyul 2026 20:27   Paylaş

SEPAH ABŞ-nin Yaxın Şərqdəki bazalarına zərbələr endirib

"Stabil.az" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.

"Bəhreynin əs-Səxir hava limanında yerləşən ABŞ bölmələrinin pilotsuz uçuş aparatlarının (PUA) saxlanc və təmir anqarlarına hücum edilib, obyektlər məhv olunub", - bəyanatda vurğulanıb.

Bununla yanaşı, Bəhreynin Salman limanında TF59 üzən vasitələrinin hazırlıq məntəqələrinə zərbələr endirilib: "Küveytin Arifcan bazasında xüsusi dəniz təyinatlı qüvvələrinin yerləşmə, dəstək və təchizat anbarları tamamilə məhv edilib.

Çoxlu sayda raket və PUA-larla ABŞ ordusunun hücumlarına cavab zərbələri endirilir".

SEPAH-dan bildirilib ki, İranın silah-sursat ehtiyatları tükənmir və ABŞ-nin bununla bağlı iddiaları həqiqəti əks etdirmir.

Xatırladaq ki, vasitəçilər İrana ABŞ ilə 10 günlük atəşkəs təklifi təqdim ediblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol