SEPAH ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edib
16 Mart 2026 23:54   17 Mar 2026 01:34 Paylaş

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən 32 kilometr məsafədəki "Əl-Dəfra" hərbi hava bazalarına hücum edib.

"Stabil.az" xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Fars" agentliyi məlumat yayıb.

"Amerika hərbçilərinin qırıcı təyyarə anqarları qanadlı raketlərlə məhv edilib", - məlumatda bildirilib.

SEPAH hücumların hərbi bazalar tamamilə boşaldılıb məhv edilənə qədər davam olunacağını vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol