SEPAH AB-nin İordaniyadakı Əl-Əzraq və Küveytdəki Əli əs-Salim bazalarına zərbələr endirib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı Əl-Əzraq və Küveytdəki Əli əs-Salim ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
Məlumata əsasən, İordaniyadakı aviabazada ABŞ Silahlı Qüvvələrinin rabitə sistemləri və yanacaq anbarları vurulub. Küveytdə isə "C-RAM" sisteminə aid radar stansiyaları zərbələrə məruz qalıb.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika ordusunun İranın komanda mərkəzlərinə və hava hücumundan müdafiə obyektlərinə, eləcə də Bəndər-Abbas liman şəhərinə zərbələr endirdiyini açıqlamışdı.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





