Şəhid ailələri və müharibə əlillərinə yaxın zamanda mənzillər təqdim olunacaq
19 Yanvar 2026 12:05   Paylaş

Yaxın vaxtlarda şəhid ailələri və müharibə nəticəsində əlilliyi olan şəxslərə mənzillərin verilməsi planlaşdırılır.

“Stabil.az"ın məlumatına görə, bu barədə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci il üzrə hesabat tədbirində açıqlama verib.

O, həmçinin bildirib ki, Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə də bu il mənzil verilməsi prosesinə başlanacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol