Səfir: Yardım karvanı Azərbaycan-İran həmrəyliyinin göstəricisidir
4 Aprel 2026 10:15   04 Apr 2026 10:52 Paylaş

Bu, İrana göndərilən üçüncü humanitar yardım karvanıdır və iranlılara mənəvi dəstəyi ifadə edir.

"Stabil.az" xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

O bildirib ki, İran hazırda çətin bir dövrdən keçir. Belə bir vaxtda göstərilən dəstəyin çox böyük əhəmiyyəti var.

“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti bu sahədə müəyyən təşəbbüslər göstərib. İlk olaraq humanitar yardım göndərib və bu yardımların davam etdirilməsi planlaşdırılır. Bu isə onu göstərir ki, Azərbaycan öz dəstəyini davam etdirmək və həmrəyliyini bir daha nümayiş etdirmək niyyətindədir", - deyə M.Dəmirçilu vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol