Səfir: Çinlə Azərbaycan günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir
23 Sentyabr 2026 19:15   24 Sep 2026 00:20 Paylaş

Çin Azərbaycanla günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq həyata keçirir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.

Səfir bildirib ki, yaşıl keçid Çin modernləşməsinin mühüm səciyyəvi xüsusiyyətlərindən birinə çevrilib: “Çin qlobal yaşıl keçidin təşviq edilməsində mühüm rol oynayır. Çin dünyanın ən böyük yaşıl energetika sənayesi zəncirini yaradıb, bir çox ölkəyə əlçatan və yüksəkkeyfiyyətli ekoloji təmiz enerji həllərinə çıxış imkanı təmin edib”.

Azərbaycanla əməkdaşlığa toxunan diplomat ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qobustan Günəş elektrik stansiyasının açılış mərasimində iştirak etdiyini xatırladıb: “Hələ ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev və mən Azərbaycanın dayanıqlı inkişafına töhfə verən Qobustan Günəş Elektrik Stansiyasının açılış mərasimində iştirak etmişdik”, - deyə səfir bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol