“Şəfa” Luis Felipe da Silva Rodrigezi heyətinə qatıb
“Şəfa” klubu Luis Felipe da Silva Rodrigezlə müqavilə imzalayaraq heyətini gücləndirib.
"Stabil.az" xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
Klub Luis Felipe da Silva Rodrigezlə anlaşıb. 25 yaşlı braziliyalı hücumçu ilə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, oyunçu son olaraq Albaniyanın "Vora" klubunda çıxış edib. Ölkəsində isə "Boavişta", "Parana", "Kaldense", "Banqu Atletiko", "Sentro Sportivo Alaqoano", "İpatinqa" və "Volta Redonda" klublarının formasını geyinib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





