Sankt-Peterburqda İsrail konsulluğu fəaliyyətini dayandırdı
3 Mart 2026 13:51   Paylaş

Rusiyanın Sankt-Peterburq şəhərindəki İsrail baş konsulluğu martın 2-dən fəaliyyətini müvəqqəti dayandırıb.

"Stabil.az" xəbər verir ki, müvafiq bəyanat diplomatik nümayəndəliyin rəsmi saytında dərc olunub. Bəyanatda qeyd olunur ki, konsulluq bölməsində fəaliyyətin bərpası vaxtı hələlik müəyyən edilməyib.

Vətəndaşlara konsulluğun rəsmi kanallarındakı yenilikləri izləmək tövsiyə olunur. Sənədlərin işlənməsi, vizalar və digər konsulluq prosedurları ilə bağlı məsələlər müvəqqəti olaraq əlçatan deyil.

Mediada yayılan məlumatlara görə, baş konsulluğun fəaliyyətinin dayandırılması qərarı beynəlxalq vəziyyətin gərginləşməsi ilə üst-üstə düşüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol