Şamaxıda yenidən zəlzələ olub
Zəlzələlərin Tədqiqatı Bürosunun açıqlamasına əsasən, Pirqulu stansiyasından 23 km cənub-qərb istiqamətində yerləşən Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3 olub. Zəlzələ hiss olunmayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





