"Şahtaxtı" gömrük postunda 113 kq-a yaxın heroin keçirilməsinin qarşısı alınıb
Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda İrandan Almaniyaya aparılan yük nəqliyyat vasitəsinə baxış zamanı 113 kq-a yaxın heroin aşkar edilərək qarşısı alınıb.
"Stabil.az" idarəyə istinadən xəbər verir ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.
Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram olub.
Faktla bağlı araşdırma aparılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





