Sahil Babayev: İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4 milyard manat vəsait ayrılıb
12 İyun 2026 14:07   Paylaş

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ayrılan vəsaitin 4 milyard manatı infrastruktur təyinatlı layihələrin, 440 milyon manatı sosial təyinatlı layihələrin, 10 milyon manatı müdafiə və hüquq-mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 75 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol