Sahil Babayev: Azərbaycanın strateji valyuta ehtiyatları 88,4 milyard dollara çatıb
9 İyun 2026 14:15   Paylaş

"Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb".

"Stabil.az" APA-ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin ən aşağı olduğu ölkələrdən biridir: “Dövlət borcunun məzənnə və xarici bazar riskləri bu dövr ərzində azalıb. Orta ödəmə müddətimiz artıq 3,83 ilə çatıb. Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb ki, bu da ÜDM-i təqribən 15% üstələyir. Büdcəmiz profisitlə icra edilib. Büdcənin icrasında cari xərclərə nəzər saldıqda, qeyri-neft gəlirləri hesabına onların örtülməsi 92%-ə çatıb ki, bu da proqnozdan 7,5%-dən çoxdur. Bunu gələn il 100%-ə çatdırmağı hədəfləyirik”.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol