Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.
"Stabil.az" Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüş zamanı ölkələr arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub. Tarixi, dini və mədəni köklərlə bağlı olan Azərbaycan və BƏƏ strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.
Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xatırladaraq, bunun ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Görüşdə parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, yüksək səviyyəli əlaqələr parlament platformasında da uğurla davam etdirilir, qanunvericilik orqanları arasında təmaslar və qarşılıqlı səfərlər son dövrlərdə daha da artıb. Həmçinin parlamentlərin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığı qeyd olunub.
Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasının uğurla təşkil olunduğunu vurğulayaraq, bu kimi beynəlxalq tədbirlərin bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




