Sahibə Qafarova: Azərbaycan-Çin münasibətləri dostluq və qarşılıqlı hörmət üzərində qurulub
Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub və bu gün Azərbaycan-Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşündə səsləndirib.
Spiker Sahibə Qafarova son dövrlərdə münasibətlərimizin yeni mərhələyə yüksəldiyini və Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkələrimizin liderləri arasında mövcud olan səmimi münasibətlər, qarşılıqlı hörmət və etimad tərəfdaşlığın inkişafında mühüm rol oynayır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





