Şahbuzda zəlzələ olub
4 Avqust 2026 12:49   Paylaş

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda zəlzələ qeydə alınıb.

"Stabil.az" bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadən məlumat verib.

Bildirilib ki, yerli vaxtla saat 11:54-də qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 7 kilometr olub.

Zəlzələ episentrdə 3 bala qədər hiss edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol