Şabranda polis əməliyyatı zamanı silah-sursat aşkarlanıb
23 Yanvar 2026 11:36   Paylaş

Şabran rayonunda polis əməkdaşlarının profilaktik tədbirləri zamanı Liman kəndi ərazisində silah-sursat aşkar edilib.

"Stabil.az" DİN-ə istinadən xəbər verir ki, hadisə yerindən 1 ədəd avtomat, 5 ədəd patron darağı, 2 ədəd əl qumbarası, optik cihaz və 248 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol