Sabahın hava proqnozu: Dağlıq ərazilərdə qar yağacaq
Fevralın 3-də gözlənilən hava proqnozu açıqlanıb.
"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə olunacaq. Mülayim cənub-qərb küləyi axşam saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə saatlarında 4–7° isti, gündüz isə 8–12° isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 75–85 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntının düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir. Bəzi bölgələrdə arabir duman olacaq. Qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 3–7° isti, gündüz 13–18° isti, dağlıq ərazilərdə isə gecə 0–5° isti, gündüz 8–13° isti olacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





