Sabah Tehranda müdafiə naziri və SEPAH rəhbəri ilə vida mərasimi keçiriləcək
Sabah Tehranda ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan İranın müdafiə naziri Əziz Nasirzadə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Məhəmməd Pakpur da daxil olmaqla iranlı generallarla vida mərasimi keçiriləcək.
"Stabil.az" "TASS"a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Böyük Tehran rayonu üzrə idarəsindən məlumat verilib.
Əvvəllər İranın SNN telekanalı xəbər vermişdi ki, yüksək rütbəli hərbçilərlə vida mərasimi çərşənbə günü Tehranın İnqilab meydanında başlayacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





