Sabah Litvanın Baş naziri Azərbaycana səfər edəcək
8 Aprel 2026 11:12   Paylaş

Litvanın Baş naziri İnqa Ruginene aprelin 9-da Azərbaycana səfər edəcək.

"Stabil.az" Litvanın Bakıdakı səfirliyinə istinadən bu barədə məlumat yayıb.

Diplomatik missiyadan bildirilib ki, səfər çərçivəsində Litvanın Baş naziri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Baş nazirin səfər proqramına, həmçinin Şəhidlər xiyabanında əklil qoyma mərasimi, Xəzər Universitetində fotosərginin açılışı, Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun və Bülbül adına Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə konsert daxildir.

Bundan əlavə, hökumət başçısı Azərbaycandakı Litva icmasının nümayəndələri ilə görüşəcək.

"Bu səfər Litva ilə Azərbaycan arasında tərəfdaşlığın inkişafında, eləcə də insanlararası əlaqələrin möhkəmləndirilməsində mühüm addımdır", - diplomatik missiyadan bildirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol