Sabah Azərbaycanda güclü külək gözlənilir
Yanvarın 20-də Bakıda, Abşeron yarımadasında və ölkənin bir sıra bölgələrində güclü külək əsəcək.
"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu barədə sarı və narıncı səviyyəli xəbərdarlıqlar verilib.
Neftçala və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək və sürəti 20,8–28,4 m/san qədər çatacaq.
Bakıda, Abşeron yarımadasında və ölkənin digər bölgələrində – Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Daşkəsən, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı və Cəlilabad – sarı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək və sürəti 13,9–20,7 m/san təşkil edəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





