Sabah Azərbaycan Kubokunda son 9 mövsümün rekordunu yenilədi
14 May 2026 17:54   Paylaş

Azərbaycan Kubokunun finalında qələbə qazanaraq ötən mövsümdəki uğurunu təkrarlayan "Sabah", son 9 ildə bu titulu ardıcıl iki dəfə özündə saxlayan ilk klub kimi tarixə düşüb.

"Stabil.az" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı klubu son 9 mövsümdə ilk komanda olub ki, ardıcıl iki dəfə kuboku başı üzərinə qaldırıb.

Sonuncu dəfə buna “Qarabağ” nail olub. Ağdam klubu həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/15, 2015/16, 2016/17) kubok qazanıb.

Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb. İki dəfə buna nail olan “Neftçi” öncə 1994/95, 1995/96, ardınca 2012/13, 2013/14-ci illər mövsümlərində bunu bacarıb. Kəpəz” (1996/97, 1997/98) və “Xəzər Lənkəran” (2006/07, 2007/08) da eyni nailiyyəti gerçəkləşdirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol