S&P: Özəl sektorun borc yükü Azərbaycanda region üzrə minimal səviyyədədir
14 Fevral 2026 14:39   Paylaş

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı ildə Azərbaycanda kreditləşmə tempinin 10–12 % səviyyəsində olacağını proqnozlaşdırır.

“Stabil.az” "S&P Global Ratings" agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin səviyyəsinə uyğundur və son dörd ildə qeydə alınmış orta 18 %-lik artım tempindən aşağıdır.

Agentlik qeyd edir ki, neft və qaz hasilatının yavaşlamasına baxmayaraq, bank sistemi miqyasında BMHS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) əsasən üçüncü mərhələ kreditlərin payı 4,5–5 % səviyyəsində stabil qalacaq.

“S&P” hesab edir ki, Azərbaycan bankları Gürcüstan, Ermənistan və Özbəkistanla müqayisədə özəl sektorun daha aşağı borc yükünə malikdir – ÜDM-in təxminən 26 %-i səviyyəsində. Valyuta kreditləşməsi də regionda ən aşağı olaraq qalır və 2025-ci ilin sonuna təxminən 16 % təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol