“S&P Global Ratings”: Neftin 130 dollara qalxması idxaldan asılı ölkələrə zərbə vuracaq
Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” bildirir ki, “Brent” neftinin bu il orta qiyməti 80 dollar, 2027-ci ildə isə 65 dollar olacaq.
"Stabil.az" xəbər verir ki, stress ssenarisində isə daha pessimist mənzərə müşahidə oluna bilər və əgər “Brent” neftinin qiyməti cari ildə 130 dollara, 2027-ci ildə isə 100 dollara qalxarsa, bu, ən çox enerji tutumlu və idxaldan asılı iqtisadiyyatlara “zərbə” vuracaq.
“S&P Global Ratings”ə görə, neft qiymətlərinin kəskin artımı enerji idxalından asılı iqtisadiyyatlara qeyri-mütənasib şəkildə təsir göstərir. Bu ssenaridə Mərkəzi və Şərqi Avropa regionu ölkələri ən həssas ölkələrdir və neft qiymətlərindəki potensial dalğalanmalar həmin iqtisadiyyata təsirsiz ötüşmür. Yüksək neft qiymətləri Mərkəzi və Şərqi Avropa ölkələrinin kredit reytinqlərinə müxtəlif dərəcədə təsir göstərir. Bu kontekstdə, ölkələrin kredit reytinqinə mənfi təsirin idarəolunan səviyyədə qalacağı gözlənilir. Ölkələrin təsirlənmə dərəcəsi isə onların iqtisadi buferlərindən və tətbiq etdikləri siyasətlərdən asılı olacaq.
Bildirilir ki, əgər Avropada təbii qaz qiymətləri 2022-ci ildəki pik səviyyəyə yaxınlaşarsa, bunun Mərkəzi və Şərqi Avropa iqtisadiyyatlarına mənfi təsirləri və kredit reytinqlərinin aşağı salınmasına təzyiqi daha geniş ola bilər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





