Rusiyanın Perm şəhərində neft zavodunda yanğın başlayıb
Ukrayna Rusiyanın Perm şəhərində yerləşən iri neft emalı zavodlarından birində genişmiqyaslı yanğın baş verdiyini açıqlayıb.
"Stabil.az" "RBK-Ukrayna"ya istinadən xəbər verir.
Məlumata görə, yanğın Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan "LUKOYL-Permnefteorqsintez" müəssisəsində baş verib.
Qeyd olunub ki, yanğın müəssisənin ərazisinə endirilən zərbədən sonra başlayıb.
"LUKOYL-Permnefteorqsintez" neftin emalı və geniş çeşiddə neft məhsullarının istehsalı üzrə ixtisaslaşıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





