Rusiyanın Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb
7 İyul 2026 11:13   Paylaş

İyulun 6-na keçən gecə Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində Darnitski rayonunda dağıntılar altından daha bir cəsəd çıxarılıb və ölənlərin sayı 19 nəfər olub.

"Stabil.az" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Dağıntıların təmizlənməsi davam edir.

Paytaxtda ən çox Podol və Darnitski rayonları zərər görüb. Xarici işlər naziri Andrey Sibiqa Kiyevə ballistik raket zərbəsi nəticəsində bir ailənin bütün üzvlərinin həlak olduğunu bildirib.

Bu günə Kiyevdə matəm günü elan edilib. Bayraqlar endirilib və bütün əyləncə tədbirləri ləğv olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol