Rusiyanın Donetsk və Xarkova zərbələri nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb
3 İyul 2026 16:53   Paylaş

Rusiyanın ötən sutka ərzində Ukraynanın Donetsk və Xarkov vilayətlərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub, 18 nəfər isə xəsarət alıb.

"Stabil.az" bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkinin sözlərinə görə, sutka ərzində regionda yaşayış məntəqələrinin 30 dəfə atəşə tutulması qeydə alınıb: "Donetsk vilayətində 4 nəfər zərbələrin qurbanı olub, daha 15 nəfər yaralanıb".

Məlumata görə, Xarkova endirilən zərbələr nəticəsində 3 nəfər xəsarət alıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol