Rusiyanın 100 min ton xam neft daşıyan tankeri Kubaya uğurla çatıb
30 Mart 2026 15:52   Paylaş

Rusiyanın 100 min ton xam neft daşıyan tankeri Kubaya çatıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, humanitar yardım daşıyan "Anatoli Kolodkin" tankeri Kubanın Matanzas limanında boşaldılmasını gözləyir.

Qeyd edək ki, Kuba, ABŞ prezidenti Donald Trampın 29 yanvar tarixli sərəncamından sonra yanacaq böhranı yaşayır. Bu, ölkədə vaxtaşırı elektrik kəsintilərinə səbəb olub. Hökumət iddia edir ki, ABŞ enerji blokadasından ölkə iqtisadiyyatını boğmaq və əhalisi üçün həyat şəraitini dözülməz hala gətirmək üçün istifadə edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol