Rusiyada turistləri daşıyan avtomobil gölə düşdü - ölənlər var
20 Fevral 2026 15:52   Paylaş

Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb. Hadisə zamanı 8 nəfər həlak olub.

"Stabil.az" Rusiya mediasına istinadən xəbər verir ki, buzun üstündə hərəkət edən UAZ mikroavtobusu buzun altına gedib və göldə batıb.

Hadisə nəticəsində 8 nəfərin öldüyü bildirilib.

UAZ Çindən ekskursiyaya gələn turistləri daşıyırmış. Sürücü göldəki çatı hiss etməyib və nəqliyyat vasitəsi buzun altına gedib.

BAZA-nın məlumatına görə, nəqliyyat vasitəsindəki doqquz nəfərdən yalnız biri turist xilas ola bilib. İlkin məlumata görə, yerli sürücü və yeddi Çin vətəndaşı ölüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol