Rusiyada ticarət kompleksində yanğın: 4 nəfər həyatını itirib
22 Sentyabr 2026 16:13   Paylaş

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində “Solneçnıy” ticarət-servis kompleksində baş verən yanğın nəticəsində azı 4 nəfər həyatını itirib.

"Stabil.az" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində başlayıb. Hadisə zamanı 17 nəfər binadan təxliyə edilib.

FHN-in ilkin məlumatına əsasən, 4 nəfər xəsarət alıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol