Rusiya zərbəsi nəticəsində Kiyevdə “Roshen” fabriki zədələnib
Rusiya ordusunun Kiyevə endirdiyi zərbə nəticəsində paytaxtda yerləşən “Roshen” şirkətinin konditer fabriki zərər görüb.
"Stabil.az" xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Kiyev üzrə Fövqəladə Hallar Dövlət Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, fabrikin yuxarı mərtəbəsi zədələnib. Hücum nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





