Rusiya Zaporojyeyə 1 000-dən çox zərbə endirib, 16 nəfər yaralanıb
14 İyul 2026 11:27   Paylaş

Rusiya ordusunun Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə endirdiyi 1 000-dən çox zərbə nəticəsində 16 nəfər yaralanıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqram kanalında məlumat verib.

"Ümumilikdə son sutka ərzində işğal qüvvələri Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə 1 011 zərbə endirib. Düşmənin Zaporojye və Zaporojye rayonuna hücumları nəticəsində aralarında bir uşağın da olduğu 16 nəfər yaralanıb", - o bildirib.

İ.Fedorov dəqiqləşdirib ki, gecə ərzində Rusiya ordusu vilayətə 17 aviasiya zərbəsi endirib.

Bundan əlavə, müxtəlif modifikasiyalı 691 pilotsuz uçuş aparatının uçuşu qeydə alınıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol