Rusiya Zaporojyeni atəşə tutub, 8 nəfər xəsarət alıb
Rusiyanın ötən sutka ərzində Zaporojye şəhəri və rayonu istiqamətində həyata keçirdiyi hücumlar nəticəsində 8 nəfər yaralanıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, bir sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 52 yaşayış məntəqəsinə 934 zərbə endirib. Xüsusilə, 30 aviazərbə, 661 pilotsuz uçuş aparatının hücumu, reaktiv yaylım atəşi sistemlərindən 2 atəş və 241 artilleriya zərbəsi qeydə alınıb.
Bundan başqa, infrastruktur obyektlərinin, yaşayış evlərinin və avtomobillərin zədələndiyinə dair 101 məlumat daxil olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





