Rusiya Zaporojye vilayətinə 900-dən çox zərbə endirib: 1 ölü, 13 yaralı
Rusiya ordusunun iyulun 13-ü səhərədək Zaporojye vilayətinə endirdiyi 900-dən çox zərbə nəticəsində 1 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.
"Stabil.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.
"Ümumilikdə gün ərzində Zaporojye vilayətinin 51 yaşayış məntəqəsinə 932 zərbə endirilib, 13 nəfər, o cümlədən 1 uşaq yaralanıb", - o qeyd edib.
Bundan başqa, infrastruktur obyektlərinə, yaşayış evlərinə, avtomobillərə, təsərrüfat tikililərinə ziyan dəyməsi barədə 42 məlumat daxil olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





